Husilər İsraillə işləyən bütün gəmiləri hədəfə alacaq

Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.
Xeber.ge xəbər verir ki,
"Yəmən silahlı qüvvələri [fələstinliləri] dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu, milli mənsubiyyətindən və silahlı qüvvələrin çata biləcəyi hər hansı bir yerdə olmasından asılı olmayaraq, İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə zərbələr endirməyi nəzərdə tutur", - Saria bildirib.
mənbə: report.az