Yunanıstanda 17 yaşlı yeniyetməyə hücumla bağlı Gürcüstan vətəndaşı da saxlanılıb

Nov 24, 2026 - 14:06
 0  8
Yunanıstanda 17 yaşlı yeniyetməyə hücumla bağlı Gürcüstan vətəndaşı da saxlanılıb

Yunanıstan polisi 17 yaşlı yeniyetməyə qrup halında hücum edilməsi ilə bağlı dörd azyaşlını saxlayıb. Saxlanılanlar arasında Gürcüstan vətəndaşı da var.

XEBER.GE xeber  verir ki, Yunanıstan mediasının məlumatına görə, saxlanılanlardan ikisi 13 və 17 yaşlı Filippin vətəndaşları, biri isə 13 yaşlı Albaniya vətəndaşıdır.

Hadisə Afinanın Aqios Tomas meydanında baş verib. Hücumdan əvvəl tərəflər arasında daha öncə münaqişə yaşanıb. Zərərçəkənlə hücum edənlər bir-birini tanıyıblar.

Hüquq-mühafizə orqanları saxlanılan yeniyetmələrin valideynlərini də həbs ediblər.

Hücum nəticəsində 17 yaşlı yeniyetmənin burun və göz nahiyəsində ağır xəsarətlər yaranıb. Onun görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşdiyi bildirilir.

Yunanıstan polisi hücumda iştirak etmiş ola biləcək digər şəxslərin kimliyini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.