Gürcüstanda narkotik cinayətlərinə görə 13 nəfər saxlanılıb

Nov 24, 2026 - 11:54
 0  7
Gürcüstanda narkotik cinayətlərinə görə 13 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən əməliyyatlar nəticəsində narkotik cinayətlərində ittiham olunan 13 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onlar xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışına kömək edilməsi, eləcə də narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi, yetişdirilməsi və becərilməsində ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılanların bir qismi narkotik vasitələrin qanunsuz satışı sxemində iştirak edib. Onlar sonradan satmaq məqsədilə narkotikləri müxtəlif yerlərdə gizlədir, daha sonra isə maraqlı şəxslərə həmin yerlərin koordinatlarını və fotolarını göndərirmişlər.

Polis saxlanılan şəxslərin üzərində və yaşayış evlərində apardığı axtarışlar, həmçinin istintaq eksperimenti zamanı satış üçün hazırlanmış, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edib.

Müsadirə olunan maddələr arasında “kokain”, “alfa-PVP”, “Suboteks”, “ketamin”, “klefedron”, “opium”, “marixuana” və “kannabis” bitkisi var.

Bundan əlavə, narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar da maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 260-cı kvart və 265-ci prima maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.