“Sarpi” gömrük-keçid məntəqəsində deklarasiya edilməmiş siqaret aşkarlanıb
Son bir ay ərzində Gürcüstanın “Sarpi” gömrük-keçid məntəqəsində ölkə sərhədindən deklarasiya edilməmiş siqaretlərin qanunsuz keçirilməsinə 15 cəhdin qarşısı alınıb.
XEBER.GE xeber verir ki, gömrük əməkdaşları Gürcüstan və xarici ölkə vətəndaşlarının şəxsi baqajlarını, eləcə də idarə etdikləri nəqliyyat vasitələrini ətraflı yoxlayarkən aksiz markası ilə markalanması tələb olunan ümumilikdə 881 qutu siqaret aşkar ediblər.
Qanun pozuntusuna yol verən vətəndaşlardan deklarasiya edilməmiş mallar müsadirə olunub. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən, hər biri 1 000 lari məbləğində cərimələnib.