Gürcüstanda narkotik cinayətləri ilə bağlı 16 nəfər saxlanılıb

Jul 28, 2025 - 11:47
 0  9
Gürcüstanda narkotik cinayətləri ilə bağlı 16 nəfər saxlanılıb

Patrul Polisi, Tbilisi, Acarıstan, Kvemo Kartli və İmereti Polis Departamentlərinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətləri ilə əlaqədar 16 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satılması, satışa cəhd, satışa kömək, narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi və həkim təyinatı olmadan istifadəsi faktlarına görə məsuliyyətə cəlb olunublar.

Saxlanılanlar arasında Gürcüstan vətəndaşları – 1984-cü il təvəllüdlü A.G., 2001-ci il təvəllüdlü İ.G., 2004-cü il təvəllüdlü G.Ğ., 1987-ci il təvəllüdlü S.K. və əvvəlki dövrlərdə məhkum olunmuş şəxslər – 1995-ci il təvəllüdlü İ.O., 2006-cı il təvəllüdlü N.K., 1974-cü il təvəllüdlü Z.C., 1984-cü il təvəllüdlü M.K., 1989-cu il təvəllüdlü G.Ç. var. Həmçinin xarici ölkə vətəndaşları olan 2002-ci il təvəllüdlü A.K., 1970-ci il təvəllüdlü A.A., 1995-ci il təvəllüdlü P.K., 1987-ci il təvəllüdlü İ.P., 1993-cü il təvəllüdlü O.B., 1994-cü il təvəllüdlü H.C., 1993-cü il təvəllüdlü A.K. də saxlanılıb.

Qanun pozuntularına görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis tərəfindən məhkəmə qərarı əsasında narkotik vasitələrin nəzarətli alışı və bu alışların gizli audio-video qeydi aparılıb. Axtarışlar zamanı şübhəlilərin üzərindən və yaşadıqları ünvanlardan, həmçinin xüsusi istixanada becərilən bitkilərdən və istintaq eksperimenti zamanı göstərilən yerlərdən böyük miqdarda satış məqsədilə hazırlanmış narkotik vasitələr – “metamfetamin”, “kokain”, “buprenorfin”, “klefedron”, “metadon”, “alfa-PVP”, “marixuana” və “kannabis bitkisi” götürülüb.

Əlavə olaraq, satış üçün istifadə edilən materiallar, qablaşdırma vasitələri və pul vəsaitləri də maddi sübut kimi ələ keçirilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260³, 19-260³, 260⁴, 261, 265¹ və 273-cü maddələri üzrə davam etdirilir.

mənbə: interpress