İran ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazasını vurdu
İran ABŞ-ın Qətərdəki “Əl-Udeyd” hərbi hava bazasına iki ballistik raket atıb.
Xeber.ge xəbər verir ki,
Məlumata görə, Qətər hava hücumundan müdafiə sistemləri raketlərdən birini uğurla ələ keçirib, ikinci raket isə “Əl-Udeyd” hava bazasına düşüb.
“Nyu York Tayms” qəzetinin təhlil etdiyi peyk görüntüləri göstərir ki, İran raketi Qətərdəki “Əl-Udeyd” hava bazasındakı AN/FPS-132 radarına dəyib.
Qeyd edək ki, Dohanın cənub-qərbində yerləşən “Əl-Udeyd” ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasıdır.
mənbə: axar.az