İran Hörmüz boğazına tam nəzarət edir

Mar 4, 2026 - 10:43
 0  19
İran Hörmüz boğazına tam nəzarət edir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət edir.

Xeber.ge xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkbərzadə bildirib.

Onun sözlərinə görə, İran tərəfi daha öncə boğazdan keçidin təhlükəli olduğu barədə xəbərdarlıq edib. Buna baxmayaraq, keçməyə cəhd edən 10 neft tankeri raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

mənbə: axar.az