Seçkilərdən sonra Bidzina İvanişvili ilə ABŞ səfiri arasında görüş keçiriləcək
Məlum olduğu kimi, seçkilərdən sonra Bidzina İvanişvili ilə Amerika Birləşmiş Ştatlarının səfiri Robin Danniqan arasında görüş keçiriləcək.
Bu barədə “İmedi”yə eksklüziv müsahibəsində “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib.
Bidzina İvanişvilinin qeyd etdiyinə görə, Sinqapur məhkəməsində qalib gəldikdən sonra o, Amerika səfiri ilə əlaqə saxlayıb və görüş istəyib.
Onun sözlərinə görə, görüş seçkilərdən sonra keçiriləcək.
mənbə: interpress