25 oktyabr tarixi Gürcüstanda qeyri-iş günü təyin edildi
Gürcüstan hökuməti Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında oktyabrın 25-ni tətil günü elan edib.
Məlumatı hökumət administrasiyası yayıb.
Onların məlumatlarına görə, hökumətin bu qərarı MSK-nın müraciəti əsasında qəbul edilib və seçki məntəqələri dövlət məktəblərində və uşaq bağçalarında yerləşdiyindən, iş günlərindəki fəallıq seçki məntəqələrinin vaxtında təşkilinə mane ola bilər.
MSK izah edir ki, Gürcüstan parlamentinin növbəti seçkiləri üzrə məntəqə seçki komissiyalarının normal fəaliyyəti üçün mühüm mərhələlərdən biri də səsvermədən bir gün əvvəlki gündür, çünki seçki məntəqələrində müvafiq inventar və avadanlıqlar həmin gün yerləşdiriləcək. 3031 seçki məntəqəsindən 483 seçki məntəqəsi uşaq bağçası binalarında, 1675 seçki məntəqəsi dövlət məktəblərinin binalarında, 873 seçki məntəqəsi isə digər təyinatlı binalarda yerləşir. Xüsusilə seçki məntəqələrinin yerləşdiyi dövlət ümumtəhsil məktəblərində və uşaq bağçalarında iş günlərində seçki məntəqələrinin vaxtında və rahat şəkildə təşkilinə mane ola biləcək müxtəlif iş və tədbirlərin keçirildiyini nəzərə alaraq, 25 oktyabr tarixinin tətil edilməsi tələb olunub.
mənbə: interpress