Gürcüstan məktəblərində: 11-ci sinif şagirdləri lazım olan fənləri özləri seçə biləcəklər
Dec 3, 2025 - 19:51
0 37
Təhsil Nazirliyi dövlət məktəblərində ümumi təhsil sisteminin islahatına dair yeni konsepsiya hazırlayıb.
11-ci sinif şagirdləri ali məktəblərə qəbul üçün lazım olan fənləri dövlət məktəblərinin özündə dərindən öyrənmək imkanı əldə edəcəklər.
Xeber.ge xeberverir ki, bu barədə Gürcüstanın təhsil naziri Givi Mikanadze ümumi təhsil sisteminin islahatı üzrə yeni konsepsiyanı təqdim edərkən bildirib.
Təhsil, Elm və Gənclər Nazirliyi ölkənin dövlət məktəblərində ümumi təhsil sisteminin islahatı üzrə konsepsiya hazırlayıb. Konsepsiya səkkiz əsas istiqaməti əhatə edir, bunlara dərsliklərin dəyişdirilməsi, müəllimlərin ixtisasartırması, tədris şəraitinin yaxşılaşdırılması və digər tədbirlər daxildir.
“Biz ‘repetitor komponenti’ adlandırılan mexanizmi tətbiq edirik. Bu, profil təhsilidir, lakin onu sadəcə profil təhsili adlandırmaq doğru olmaz. Əslində, bu, şagirdin öz seçdiyi fənlər üzrə gücləndirilmiş tədris olacaq ki, o, dövlət imtahanlarına tam hazırlana bilsin”, – deyə Mikanadze bildirib.
Nazirin sözlərinə görə, proqrama əvvəlki illərin dövlət imtahan materialları – testlər və digər komponentlər də daxil ediləcək. O qeyd edib ki, bu, təhsilin keyfiyyətinin artırılması baxımından vacibdir.