İstanbulda kuryeri qətlə yetirməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb
İstanbulun Beyoğlu rayonunda qazaxıstanlı kuryerin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Xeber.ge xeber verir ki,
İlkin məlumatlara görə, dava zamanı Gürcüstan vətəndaşları kuryerə bıçaqla çoxsaylı xəsarətlər yetiriblər. Yaralı şəxs aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçmağa nail olublar. Türkiyə hüquq-mühafizə orqanları şübhəlilərin istifadə etdiyi avtomobili şəhərin çıxışında saxlasalar da, onların maşında olmadığı müəyyən edilib. Bundan sonra ərazidə dronların köməyi ilə genişmiqyaslı axtarış əməliyyatı başladılıb.
Jandarma qruplarının keçirdiyi əməliyyat nəticəsində sərhədə yaxın ərazidə ölkədən qaçmağa çalışan iki Gürcüstan vətəndaşı saxlanılıb.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.