Tbilisidə qarət ittihamı ilə iki nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları Tbilisidə yerləşən yanacaqdoldurma məntəqəsində qarət hadisəsi ilə bağlı iki şəxsi saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılanlar məntəqə operatoruna soyuq silahla hücum edərək, onu ölümlə hədələyiblər və pul tələb ediblər.
Məlumata görə, saxlanılanlardan biri – 1985-ci il təvəllüdlü T.Ç., digəri isə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1994-cü il təvəllüdlü A.K.-dır. Onlara qarşı qrup halında qarət ittihamı irəli sürülüb. Cinayət sübuta yetirilərsə, onları 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq müəyyən edib ki, şübhəlilər operatora hücum edərək, ondan pul alıblar və hadisə yerindən qaçıblar. Lakin polis onları isti izlərlə saxlayıb.
Hadisə zamanı istifadə olunan silah və götürülən pul maddi sübut kimi ələ keçirilib. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır.
mənbə: interpress