"Biz hər bir növbəti seçkilərə hazırlaşırıq"

May 28, 2025 - 13:34
 0  24
"Biz hər bir növbəti seçkilərə hazırlaşırıq"

Partiya “Gürcüstan naminə”nin lideri Qiorqi Qaxarianın bəyanatına görə, onun partiyası istənilən növbəti seçkilərə hazırlaşır.


Bu barədə Qaxaria 27 may tarixində, partiyanın qurultayında çıxışı zamanı bildirib.

Qaxariya dəqiqləşdirməyib ki, o, oktyabrda planlaşdırılan bələdiyyə seçkilərini nəzərdə tuturmu – hansı ki, bəzi müxalifət partiyaları bu seçkilərdə iştirakdan imtina ediblər.

“Hamımız başa düşməliyik ki, biz elə bir siyasi partiyayıq ki, onun əsas məsuliyyəti Gürcüstanın hər bir vətəndaşı qarşısındadır. Və bu məsuliyyətdən çıxış edərək deyirik: biz istənilən növbəti seçkilərə hazırlaşırıq. Elə bu məsuliyyətə əsaslanaraq, biz həmin məsuliyyəti üzərimizə götürürük və bunu gizlətmirik – Gürcüstanın hər bir vətəndaşına açıq deyirik: bizim üçün hakimiyyətin dəyişməsi yalnız və yalnız dinc və seçki yolu ilə mümkündür. Biz deyirik ki, istənilən radikal, inqilabi ssenari yalnız Gürcüstanın düşmənlərini sevindirəcək,” – deyə Qiorqi Qaxaria bildirib.

mənbə: marneulifm