Gürcüstan-Aİ münasibətlərində irəliləyiş yoxdur

Dec 16, 2025 - 22:47
 0  13
Gürcüstan-Aİ münasibətlərində irəliləyiş yoxdur

Təəssüflər olsun ki, Gürcüstan-Avropa İttifaqı münasibətlərində irəliləyiş yoxdur.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Birinci kanal”ın “Aktual mövzu” proqramında deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi Avropa bürokratiyasının gürcü xalqına və onun seçdiyi hökumətə dəyişməyən münasibətdir.

“Əsas problem Avropa bürokratiyasının Gürcüstan demokratiyasını və gürcü xalqının demokratik seçimini tanımamasından ibarətdir. Biz bu münasibətin dəyişəcəyinə ümid edirik. Hər şey müxtəlif faktorlardan asılı olacaq”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Bu qərardan sonra Tbilisi-Brüssel münasibətlərində bu gün də davam edən gərginlik yaranıb.

mənbə: apa