Saqarecoda 15 yaşlı qız faciəvi şəkildə həyatını itirdi
Saqareco bələdiyyəsində bədbəxt hadisə nəticəsində 15 yaşlı qız həyatını itirib.
XEBER.GE xeber verir ki, yerli sakinlərin verdiyi məlumata görə, Tular kəndində, Yadigarovların ailəsində bədbəxt hadisə yeniyetmə həyətdə quraşdırılmış yelləncəkdə olarkən baş verib.
Yerli sakinlərin sözlərinə görə, dəmir konstruksiyanın kəndiri qızın boynuna dolanıb. Ailə üzvləri qızın artıq vəfat etdiyini görüblər.
İstintaq Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə aparılır.