Gürcüstanda fahişəliyə şərait yaradan 21 nəfər saxlanılıb, 11 obyekt möhürlənib

Oct 8, 2026 - 12:42
 0  13

Gürcüstanda fahişəliyə kömək etmə və bunun üçün yer təqdim etmə faktına qarşı həyata keçirilmiş irimiqyaslı xüsusi əməliyyat nəticəsində 21 nəfər saxlanılıb, 11 obyekt isə möhürlənib.

XEBER.GE xeber  verir ki, Polis tədbirləri Tbilisi, İmereti və Kvemo Kartli bölgələrində həyata keçirilib.

Aparılmış gizli istintaq tədbirləri, o cümlədən audio və video qeydlər nəticəsində müəyyən edilib ki, müxtəlif obyektlərin menecerləri və administratorları olan saxlanılan şəxslər fahişəliklə məşğul olan qadınlara müəyyən haqq müqabilində obyektlərində yer ayırmaqla sistemli şəkildə kömək ediblər.

Obyektlərin administratorları fahişəliyə cəlb edilmiş şəxslərə müştəri tapmaqda da kömək edib və əvəzində qadınların seksual xidmətlərdən əldə etdikləri qazancın böyük hissəsini özləri götürüblər.

Bu obyektlərin əsas gəlir mənbəyini məhz fahişəliyə kömək etməkdən əldə olunan vəsaitlər təşkil edib.

zamanı qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş pul vəsaitləri götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi (fahişəliyə kömək etmə və fahişəlik üçün yer təqdim etmə) ilə istintaq aparılır.