Rustavidə Azərbaycan vətəndaşını öldürən 16 yaşlı yeniyetmənin məhkəməsi başladı

Aug 27, 2026 - 16:14
 0  11
Rustavidə Azərbaycan vətəndaşını öldürən 16 yaşlı yeniyetmənin məhkəməsi başladı

Rustavi Şəhər Məhkəməsi Azərbaycan vətəndaşını qəsdən öldürməkdə ittiham olunan 16 yaşlı yeniyetmənin işinə baxır.

XEBER.GE xeber  verir ki, сinayət iki ay əvvəl, iyun ayında Rustavidə baş verib — mövcud məlumata görə, qətlə yetirilən şəxs Bakıdan gəlmiş usta olub. İstintaqın versiyasına görə, 15 yaşlı yeniyetmə ona kirayə götürülmüş mənzildə ölümcül xəsarətlər yetirib.

Məlum olur ki, azyaşlı hadisə zamanı həmin kişinin evində qonaq olub. Yeniyetmənin yaxınları bildirirlər ki, mərhum məktəblini köməkçi fəhlə kimi işlədirmiş, iş günü bitdikdən sonra onu şam yeməyinə dəvət edib, qapını bağlayaraq ona qarşı cinsi zorakılıq etməyə cəhd göstərib.

"Pirvelebi"nin məlumatına görə, az əvvəl məhkəmədə saxlanılan oğlanın azyaşlı qardaşı ifadə verərək bildirib ki, vəfat edən kişi ona qarşı da cinsi zorakılığa cəhd edibmiş.

Təqsirləndirilən 16 yaşlı yeniyetmə 50 yaşlı kişinin qətlini inkar etmir, lakin bəyan edir ki, cinayəti cinsi zorakılıq zamanı zəruri müdafiə həddi çərçivəsində törədib. Saxlanılan şəxsin ailəsi də eyni iddianı irəli sürür və dövlətdən onlara dəstək olmasını xahiş edir.

"Dövlətə müraciət edirəm, hansı ki bilir, mənim övladım günahsızdır. Cəmiyyətə, xüsusən də atalara müraciət edirəm — mənə dəstək olsunlar, çünki heç kim övladının hansı vəziyyətə düşəcəyini bilmir. Mənim övladım zorakılıq qurbanı olub, xahiş edirəm yanımda olasınız", — deyə 16 yaşlı yeniyetmənin atası bildirir.

Müdafiə tərəfi bugünkü prosesdə saxlanılan yeniyetmənin məhkəmə zalından azad olunması ilə bağlı vəsatət qaldıracaq. Ədliyyə vəkili həmçinin ittihamın (qəsdən qətl) tövsifinin dəyişdirilməsini tələb edir.

"Prokurorluğun mövqeyi və ittihamın özü çox ədalətsizdir. Günahsız uşağa qarşı bu gün zəruri müdafiə həddini aşma deyil, birbaşa qəsdən qətl maddəsi irəli sürülür və bu, azyaşlı günahsız uşağın hüquqi vəziyyətini süni şəkildə ağırlaşdıran bir haldır. Prokurorlar da bilir, məhkəmə də bilir ki, o, zorakı pedofilin qurbanıdır və yeniyetmə sırf zəruri müdafiə şəraitində hərəkət edib. Çünki uşaq 'gəl məni 10 dəfə zorla, sonra anlayım ki, sən pedofilsən' deyə bilməzdi. O, özünü qoruyub, bıçaqdan istifadə edib, çünki qapalı məkanda idi, dördüncü mərtəbədən tullana bilməzdi və yeganə çıxış yolu bu idi", — deyə vəkil bildirir.

Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi üzrə davam etdirilir.