Abituriyentlərə xəbərdarlıq: İmtahansız qəbul və distant təhsil vədlərinə inanmayın
Təhsil harada davam etdirilməməlidir? — Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz abituriyentlərə xəbərdarlıq edərək, "Avropa Beynəlxalq Universiteti"nə və vahid milli imtahanlardan keçmədən qəbul haqqında məlumatların yayıldığı Gürcüstandakı digər akkreditasiyasız müəssisələrə müraciət etməməyə çağırır.
Sosial şəbəkələrdə və müxtəlif elektron platformalarda "Avropa Beynəlxalq Universiteti"nə və Gürcüstandakı digər avtorizasiya olunmamış müəssisələrə vahid milli imtahanlardan keçmədən qəbul olunmaqla bağlı təkliflər fəal şəkildə yayılır.
Nəzərinizə çatdırırıq ki, "Avropa Beynəlxalq Universiteti" Gürcüstan qanunvericiliyinə uyğun olaraq avtorizasiya və akkreditasiya proseslərindən keçməyib. Müvafiq olaraq, "Avropa Beynəlxalq Universiteti"nin Gürcüstan ərazisində hər hansı təhsil fəaliyyəti həyata keçirmək hüququ yoxdur.
Gürcüstan ərazisindən Ukrayna və ya Ermənistanda yerləşən universitetlərdə tam distant formada ali təhsil almaq imkanına gəlincə, bildiririk ki, Gürcüstanın qüvvədə olan qanunvericiliyi tam distant formada alınan təhsili tanıamır. Müvafiq olaraq, bu cür ali təhsil müəssisələrində tam distant formada alınan təhsil və diplomlar Mərkəz tərəfindən tanınmayacaq.
Xahiş edirik nəzərə alasınız ki, Gürcüstanda avtorizasiya olunmuş ali təhsil müəssisələrinə abituriyentlərin qəbulu vahid milli imtahanlar əsasında aparılır. Gürcüstanda avtorizasiya olunmuş ali təhsil müəssisələrinin siyahısı ilə Mərkəzin rəsmi veb-saytında tanış ola bilərsiniz