Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb

Sep 16, 2026 - 11:12
Sep 16, 2026 - 11:14
 0  9
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusuna pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 7 nəfər yaralanıb.

 XEBER.GE xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.

“Rusiya hərbçiləri avtobusu pilotsuz uçuş aparatı ilə vurublar. Beş nəfər hadisə yerində ölüb”, – Qanja bildirib.

Onun sözlərinə görə, yaralanan 7 nəfər həkimlərin nəzarəti altındadır və onlara zəruri tibbi yardım göstərilir.

 

mənbə: apa.az