ABŞ qərarını verdi: İsrail və Netanyahu üçün şok addım

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında fikir ayrılığı getdikcə artır. İsrail Yəmən, İran və Qəzza məsələsində Vaşinqtonla toqquşub.
Xeber.ge xəbər verir ki,
Bildirilib ki, ABŞ-ın İranla danışıqlara başlaması, milli təhlükəsizlik müşaviri Mayk Valsın vəzifədən çıxarılması və Yəməndə husilərlə atəşkəs əldə etməsi Trampla Netanyahu arasında problemlərin olduğunu göstərir.
ABŞ prezidentinin Netanyahu ilə bağlı xəyal qırıqlığına uğradığı və Yaxın Şərqdə o olmadan irəliləməyə qərar verdiyinə dair şərhlər də var. Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə İsraili qatmaması da fikir ayrılıqlarından irəli gəlir.
Eyni zamanda Netanyahu İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında ABŞ məsələsinə toxunub.
"Silahlar üçün təxminən 4 milyard dollar alırıq. İqtisadi yardımdan yorulduğumuz kimi bundan da yorulacağıq. Düşünürəm ki, Amerikadan təhlükəsizlik yardımı almağı dayandırmalı olacağıq”, - deyə baş nazir söyləyib.
Bununla yanaşı, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da bəyan edib ki, İsrail hökuməti Qəzzada müharibəni uzadır. Həmçinin o, Netanyahu hökumətinin Qəzza ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib.
mənbə: publika.az