Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Sep 16, 2026 - 11:43
Sep 16, 2026 - 11:43
 0  8
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub.

XEBER.GE xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.

mənbə: apa.az