Qəzzada fəlakət: 10 nəfər də aclıqdan öldü…

Jul 24, 2025 - 10:34
 0  8
Qəzzada fəlakət: 10 nəfər də aclıqdan öldü…

İsrailin hərtərəfli blokadada saxladığı və aclıqla bağlı humanitar fəlakətin astanasında olan Qəzza sektorunda son sutka ərzində 1-i uşaq olmaqla, daha 10 nəfər aclıqdan həyatını itirib.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi qida çatışmazlığından həyatını itirənlərə dair açıqlamasında bəyan edib.

“Son 24 saat ərzində Qəzza sektorunun xəstəxanalarında daha 10 nəfər aclıqdan və qida çatışmazlığından həyatını itirib, onların arasında 1 uşaq da olub”, – deyə qeyd edilib.

Xatırladaq ki, indiyədək xəstəxanalardan aclıqdan 111 halı qeydə alınıb ki, onların da 81 nəfərini uşaqlar təşkil edir.

Hazırda hər gün çox sayda insan, xüsusilə də azyaşlı uşaqlar aclıqdan həyatını itirir. Bölgə ağır müharibə şəraitində olduğu üçün, aclığın real qurbanlarının sayını demək qeyri-mümkündür. Səsləndirilən rəqəmlər isə Səhiyyə Nazirliyinin qeydə ala bildiyi rəqəmlərə əsaslanır. Real rəqəmlərin qat-qat artıq olduğu güman edilir.

mənbə: azshafaqna.com