Aİ Gürcüstanla vizasız rejimi ləğv etməklə inqilab edə bilməyəcək

Jul 24, 2025 - 10:30
 0  25
Aİ Gürcüstanla vizasız rejimi ləğv etməklə inqilab edə bilməyəcək

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv etməklə ölkədə inqilab təşkil edə bilməyəcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illər Gürcüstanda müxalifət və Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatları dörd dəfə ölkədə inqilab etməyə cəhd göstərib, lakin bu cəhdlərin heç biri uğurla nəticələnməyib.

mənbə: apa