Qəzzada aclıq qurbanlarının sayı artır – SON STATİSTİKA

Aug 20, 2025 - 11:19
 0  14
Qəzzada aclıq qurbanlarının sayı artır – SON STATİSTİKA

İsrailin Qəzza sektorunda səbəb olduğu aclıq can almağa davam edir.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat verib.

Belə ki, son 24 saat ərzində daha 3 fələstinli qida çatışmazlığı probleminə görə həyatını itirib.

Beləliklə də, qıtlıq nəticəsində dünyasını dəyişən qəzzalıların sayı 266 nəfərə çatıb ki, onların da 112 nəfərini uşaqlar təşkil edir.

Xatırladaq ki, İsrail 2,3 milyon nəfər əhalisi olan Qəzza sektorunu hərtərəfli blokadada – sudan, havadan və qurudan mühasirədə saxlayır. Bölgədə çox ağır humanitar fəlakət yaşanmaqdadır.

Səsləndirilən rəqəmlər isə yalnız rəsmi statistikanı əks etdirir, real göstəricilərin dəfərlərlə yüksək olduğu ehtimal edilir.

mənbə: azshafaqna.com