ABŞ-ın Küveytdəki səfirliyi vuruldu

Mar 2, 2026 - 14:51
 0  9
ABŞ-ın Küveytdəki səfirliyi vuruldu

ABŞ-ın Küveytdəki səfirliyi hücuma məruz qalıb.

Xəbər.ge xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Fotoda ABŞ-ın Küveytdəki səfirliyinin binasının atəşə tutulması və havaya tüstü qalxması əks olunub.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran qonşu ölkələrdəki ABŞ bazalarına və digər obyektlərə, o cümlədən İsrailə cavab zərbələri endirir.

mənbə: axar.az