Tramp cənnətə düşmək üçün Ukrayna münaqişəsini həll etmək istəyir

ABŞ Prezidenti Donald Tramp öldükdən sonra cənnətə düşmək istədiyini və Ukraynadakı münaqişəyə son qoymaq səylərinin buna töhfə verəcəyinə ümid etdiyini bildirib.
Xeber.ge xəbər verir ki,
"Mən Ukraynadakı münaqişənin dayandırılmasını istəyirəm. Orada ABŞ əsgərləri ölmür, əsasən rusiyalılar və ukraynalılar ölür. Hər həftə 7000 insanın öldürülməməsinə nail ola bilsəm, bu, əla olar. Cənnətə düşsəm, səbəblərdən biri də məhz bu olacaq", - Tramp qeyd edib.
O əlavə edib ki, artıq Hindistan və Pakistan arasındakı münaqişədə axan qanı dayandırmağa nail olub.
mənbə: oxu.az