Səudiyyə Ərəbistanına qar yağdı- Video
Səudiyyə Ərəbistanının dağlarına və səhralarına gözlənilmədən qar yağıb.
Xeber.ge xeber verir ki,
Bir neçə bölgənin sakinləri Ərəbistan yarımadası üçün nadir hallarda rast gəlinən meteoroloji hadisəni müşahidə ediblər: temperatur sıfır dərəcənin altına düşüb və yollar buz bağlayıb.
Bununla əlaqədar olaraq, Ər-Riyaddakı məktəblilər distant təhsilə keçiriliblər.
Sinoptiklərin məlumatına görə, ölkənin şimal bölgələrində qar yağmağa davam edə bilər.
mənbə: oxu.az