Avropa Parlamentinin deputatı: "Tramp bizə üç həftə vaxt verib"

Feb 21, 2025 - 20:26
 0  30
Avropa Parlamentinin deputatı: "Tramp bizə üç həftə vaxt verib"

"ABŞ Prezidenti Donald Tramp Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaqdan ötrü Avropa İttifaqına üç həftə vaxt verib".

Xeber.ge xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) deputatı Mika Aaltola "X" sosial şəbəkə hesabında yazıb.

"Birləşmiş Ştatlar Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaq üçün bizə üç həftə vaxt verib. Əks təqdirdə, ABŞ Avropadan gedəcək. Bizim böyümək üçün üç həftəmiz var", - deyə o bildirib.

Xatırladaq ki, Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskini diktator adlandıraraq ölkədə prezident seçkisi keçirilməsinin zəruriliyini vurğulayıb.