Hindistan və Pakistan atəşkəslə bağlı razılığa gəldilər
Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açılıb, Yeni Delhi ilə İslamabad arasında atəşkəs razılaşmasının əldə edilməsinin elan edilməsindən sonra ölkədəki hava limanları fəaliyyətini normal rejimdə bərpa edib.
Xeber.ge xəbər verir ki,
"Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açıqdır. Ölkə üzrə bütün hava limanları normal rejimdə işləyir", - deyə qurumun "Facebook" səhifəsindəki rəsmi açıqlamada bildirilib.
"Reuters"in Hindistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Hindistan və Pakistan arasında daha əvvəl ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs rejimi yerli vaxtla saat 17:00-dan (Tbilisi vaxtı ilə 15:30-da - red.) qüvvəyə minib.
"Pakistanın hərbi əməliyyatlar üzrə baş direktoru bu gün günorta saatlarında Hindistanın hərbi əməliyyatlar üzrə baş direktoru ilə telefon danışığı aparıb. Tərəflər quruda, havada və dənizdə bütün atışmaların və hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər", - deyə Hindistanın xarici işlər naziri Vikram Misri qeyd edib.
Diplomat, həmçinin qeyd edib ki, iki ölkənin hərbi qurumlarının nümayəndələri atəşkəs rejiminə əməl olunmasını qiymətləndirmək üçün mayın 12-də təkrar danışıqların aparılması barədə razılığa gəliblər.
Maraqlıdır ki, Hindistan tərəfindəki CNN mənbələri atəşkəsin beynəlxalq vasitəçilərin iştirakı olmadan birbaşa İslamabad və Yeni Delhi arasında razılaşdırıldığını vurğulayır, bu da tərəflərin münaqişəni müstəqil şəkildə həll etməyə hazır olduqlarının göstəricisi ola bilər.
mənbə: oxu.az