Prokurorluq Əkrəm İmamoğlunun nədə ittiham edildiyini açıqlayıb

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb.
Xeber.ge xəbər verir ki,
Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə “tenderlərin saxtalaşdırılması”, “ fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi”, “rüşvətxorluq” və “hədə-qorxu ilə tələb etmə” cinayətləri törədiblər.
Digər ittihama görə, Ə. İmamoğlu çox sayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb.
mənbə: report.az