Narkotikləri qəbiristanlıqda gizlədən xarici ölkə vətəndaşları saxlanılıb

Jan 13, 2026 - 12:23
 0  12
Narkotikləri qəbiristanlıqda gizlədən xarici ölkə vətəndaşları saxlanılıb

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına köməklik göstərmə ittihamı ilə iki nəfəri: 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı A.K. və 2005-ci il təvəllüdlü Moldova vətəndaşı İ.Q.-ni müxtəlif vaxtlarda saxlayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

 Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində keçirdikləri axtarış nəticəsində satış üçün hazırlanmış, xüsusilə külli miqdarda — yarım kiloqramdan çox "Metadon" narkotik vasitəsini maddi sübut kimi götürüblər.

 Məlum olub ki, təqsirləndirilən şəxslər narkotikləri şarlara bükərək qəbiristanlıq ərazilərinə yerləşdirirmişlər.

 İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.