Mtsxetada quldurluq edən 3 keçmiş məhkum isti izlərlə tutuldu

May 20, 2026 - 11:04
 0  11
Mtsxetada quldurluq edən 3 keçmiş məhkum isti izlərlə tutuldu

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrumetmə və quldurluq törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 3 nəfəri saxlayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Mtsxeta bələdiyyəsində yaşayan bir nəfərə quldurluq məqsədilə hücum edib, onu qrup şəklində qanunsuz olaraq azadlıqdan məhrum edib və külli miqdarda pul əldə etmək məqsədilə ona qarşı fiziki zorakılıq tətbiq ediblər.

Polis tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən hər üç şəxsi isti izlərlə yaxalayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 179-cu (quldurluq) və 143-cü (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə istintaq aparılır. Bu maddələr 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.