Acarıstanda güclü qar problemlər yaradıb
Acarıstan bölgəsində güclü qar yağışı səbəbindən bələdiyyələrin daxili kənd yollarında ciddi çətinliklər yaranıb.
Acarıstanın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, güclü qar səbəbindən məktəblərdə şagirdlərin davamiyyəti aşağı olub.
Acarıstanın Avtomobil Yolları Departamenti bildirir ki, Qobuleti, Xelvaçauri, Keda, Şuahevi və Xulo bələdiyyələrində yolların qar örtüyündən təmizlənməsi intensiv şəkildə aparılır.
Xüsusilə Qobuleti bələdiyyəsinin kəndlərində qar örtüyü 40-50 sm-ə çatıb.
Qarın yaratdığı problemi aradan qaldırmaq üçün 57 ədəd xüsusi texnika cəlb olunub.
Batumi meriyası yolların təhlükəsizliyini təmin etmək üçün texniki duz səpmə işlərinin aparıldığını bildirib.
mənbə: Interpress