Avariya şəraiti yaradan şəxs saxlanılıb

Jun 4, 2026 - 15:01
Jun 4, 2026 - 15:02
 0  37
Avariya şəraiti yaradan şəxs saxlanılıb

Tbilisinin sol sahilində  iyunun 2-də baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub və qəzaya səbəb olan sürücü həbs edilib.

 Xeber.ge xəbər verir ki, idarəetmədən çıxaraq Kür çayına aşan "Volkswagen Jetta" markalı avtomobilin və onun sürücüsünün tapılması üçün irimiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir.

"Pirvelebi"nin yaydığı eksklüziv məlumata görə, çaya aşan avtomobilin sükanı arxasında 36 yaşlı Rajden Çinçaladze olub.

 Məlum olub ki, gənc sürücü əslən Çiatura rayonunun İtxvisi kəndindəndir və paytaxt Tbilisidə usta kimi fəaliyyət göstərirmiş. Onun yaxınları və xilasedicilər gəncin taleyindən ciddi narahatdırlar.

Hadisədən qısa müddət sonra Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti tərəfindən həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində qəzanın əsas baiskarı olan digər sürücü yaxalanıb.

stintaqla müəyyən edilib ki, cari ilin 2 iyun tarixində təqsirləndirilən şəxs öz idarəetməsində olan avtomobillə hərəkətdə olarkən kəskin /təhlükəli vəziyyət yaradıb. O, yaxınlıqdakı digər avtomobillərə çırpılıb. Bu toqquşmanın nəticəsində zərbə alan avtomobillərdən birinin sürücüsü sükan idarəetməsini itirərək maneələri yarıb və düz  Kür çayına yuvarlanıb".

Nazirlik rəsmən bildirir ki, çaya düşən sürücünün və onun avtomobilinin tapılması üçün fasiləsiz və intensiv rejimdə axtarışlar aparılır. Əməliyyatlara yanğınsöndürən-xilasedicilərlə yanaşı, xüsusi dalğıclar qrupu və DİN-in sərəncamında olan bütün müvafiq xüsusi xilasetmə texnikaları cəlb edilib. Çayın axını və dərinliyi axtarışları çətinləşdirsə də, işlər dayandırılmayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə başladılmış rəsmi cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qəzanın törədilməsində ittiham olunan sürücünü ağır həbs cəzası gözləyir.