Marneulidə restoranda insident törədən şəxs saxlanıldı

Dec 18, 2025 - 12:47
 0  40
Marneulidə restoranda insident törədən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları cari ilin 23 oktyabrından zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə axtarışda olan, 1998-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

Xeber.ge xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, istintaqla müəyyən edilib: təqsirləndirilən şəxs cari ilin 14 sentyabrında Marneulidə yerləşən restoranlardan birində birlikdə olduğu şəxsə fiziki zorakılıq göstərərək ona xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları isti izlərlə cinayətkarın şəxsiyyətini müəyyən edib və onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlayıblar. Törədilmiş cinayətə görə Marneuli Rayon Məhkəməsi tərəfindən E.A.-ya qiyabi olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Saxlanılan şəxs hazırda penitentiar müəssisədə yerləşdirilib.