İvanişvili Rusiyadan çox qorxur – Gürcüstan prezidenti

Oct 23, 2024 - 22:12
 0  43
İvanişvili Rusiyadan çox qorxur – Gürcüstan prezidenti

Hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili Rusiyadan qorxur, lakin bu, nə ölkənin, nə cəmiyyətin, nə də seçkilərin problemidir.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili yerli mətbuata deyib.

O qeyd edib ki, “Gürcü arzusu”nun bütün istiqamətlərdə Rusiyaya tabe olmasına baxmayaraq, Rusiya buna cavab olaraq heç nə etməyib – Abxaziya və Osetiya mövzusu onlar üçün qapalı olub.

Dövlət başçısı hesab edir ki, Gürcüstanın birləşməsi məsələsi o zaman gündəmə gəlməlidir ki, hakimiyyət sabit olsun və xalqın etimadını qazansın.

“Düşünürəm ki, Bidzina İvanişvili bu gün Rusiyadan çox qorxur. Bütün istiqamətlərdə itaət etdi, ondan tələb olunan hər şeyi yerinə yetirdi, amma Rusiya heç nə etmədi. Abxaziya və Osetiya mövzusunu “Gürcü arzusu”nun üzünə bağladılar.

Gürcüstanda problemi olan hər bir rejim bu mövzu ilə özünü dirçəltməyə çalışır. İstənilən cəhd o zaman edilməlidir ki, hakimiyyət stabil olsun, xalqın etimadını qazansın. Belə olan halda siz hansısa strategiya haqqında düşünə bilərsiniz”, – prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, Gürcüstanın birləşməsi üçün əsas strategiya Avropa İttifaqındadır.

“Gəlin xalqımızı bu birliklərlə birləşdirək. Biz öz gələcəyimizi şüurlu, sülh yolu ilə həll etməli, İvanişvilini isə öz qorxuları ilə tərk etməliyik”, - Salome Zurabişvili bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirləcək. Hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının təsisiçisi Bidzina İvanişvili xalqı müxalifətə deyil, onlar səsə verməyə çağırıb.

Salome Zurabişvili isə Qərbmeyilli qüvvələrin qalib gəlməsini istəyir.

mənbə: Modern.az