Orta Dəhlizin inkişafında Özbəkistanla əməkdaşlıq vacibdir

Jul 2, 2026 - 20:45
 0  10
Orta Dəhlizin inkişafında Özbəkistanla əməkdaşlıq vacibdir

Mərkəzi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistanla əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı kontekstində Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazirin sözlərinə görə, Özbəkistan Prezidentinin Gürcüstana bu səviyyədə son səfəri 23 il əvvəl baş tutub.

"Bu, ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir. Münasibətlərin müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi məqsədilə strateji əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur", – deyə Boçorişvili qeyd edib.

Nazir əlavə edib ki, səfər çərçivəsində keçirilən Gürcüstan–Özbəkistan Biznes Forumu da iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə və praktiki əməkdaşlığın güclənməsinə töhfə verəcək.

mənbə: report