Marneulidə azyaşlını döyən şəxs saxlanıldı

Sep 20, 2025 - 18:24
 0  51
Marneulidə azyaşlını döyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü M.G.-ni yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq törətməkdə təqsirləndirilərək saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən olunub ki, M.G. Marneulidə yerləşən şirniyyat mağazasında yaranmış mübahisə zəminində mağazanın işçisinə fiziki xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onu qısa müddətdə saxlayıblar.

Faktla bağlı Gürcüstan CM-in 126-cı prima maddəsinin birinci hissəsinin “a” bəndi ilə – yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: Intrepress.ge