“MagtiCom” mobil internet tariflərini artırır

Gürcüstanın aparıcı mobil operatorlarından biri olan MagtiCom, 2025-ci il iyunun 1-dən etibarən mobil internet xidmətlərinin qiymətlərini artıracağını açıqlayıb.
Bu barədə şirkət tərəfindən yayımlanan rəsmi məlumatda bildirilir.
Şirkətin məlumatına görə, tarif dəyişikliyi həftəlik və aylıq limitsiz internet paketlərinə şamil olunacaq. Dəyişiklik nəticəsində sözügedən paketlərin qiymətində müvafiq olaraq 1 və 3 lari artım olacaq.
Belə ki, 2025-ci il iyunun 1-dən etibarən yeni qiymətlər aşağıdakı kimi olacaq:
-
“Limitsiz İnternet - Həftəlik” paketi: 9 laridən 10 lariyə qalxacaq;
-
“Limitsiz İnternet - Aylıq” paketi: 32 laridən 35 lariyə yüksələcək.
MagtiCom həmçinin bildirir ki, iyunun 1-dən etibarən bu paketlərin avtomatik yenilənməsi zamanı artıq yeni tariflər qüvvədə olacaq.
Şirkətin qaynar xəttindən verilən açıqlamaya əsasən, bu dəyişiklik yalnız qeyd olunan mobil internet paketlərinə aiddir və digər xidmətlərə şamil olunmur.
mənbə: interpress