Gürcüstanda pensiya sistemində dəyişikliklər

May 2, 2025 - 12:53
 0  63
Gürcüstanda pensiya sistemində dəyişikliklər

2025-ci il mayın 1-dən Gürcüstanda pensiya sisteminə dair yeni qaydalar qüvvəyə minir.

Bu barədə məlumatı Gürcüstanın Pensiya Agentliyi yayıb.

Yeniliklərə əsasən, 2025-ci il mayın 1-dən etibarən işəgötürənlər pensiya ayırmalarını yalnız Gürcüstanın Gəlirlər Xidmətinin gəlir bəyannaməsi vasitəsilə həyata keçirə biləcəklər.

Eyni tarixdən başlayaraq, pensiya sxeminə könüllü şəkildə qoşulmaq və ya yenidən qoşulmaq istəyən əməkdaşlar və ya fərdi sahibkarlar bu prosesi işəgötürən vasitəsilə deyil, birbaşa Gürcüstanın Pensiya Fonduna və ya Ədliyyə Evinin istənilən filialına müraciət etməklə yerinə yetirəcəklər.

Yenilənmiş qaydalara əsasən, mayın 1-dən işəgötürənlər üçün pensiya ayırmalarının düzgün şəkildə həyata keçirilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutulur. Belə ki:

  • Pensiya öhdəliyinin pozulması halında işəgötürənə 500 lari cərimə tətbiq olunacaq;

  • Eyni pozuntu təkrar baş verərsə, cərimə məbləği 1000 lariyə qədər artacaq.

Pensiya Agentliyi bildirir ki, bu qaydaların icrasını yoxlamaq məqsədilə işəgötürənlərə qarşı planlı və qəfil monitorinqlər keçiriləcək. Bu yoxlamalar həm pensiya öhdəliklərinin yerinə yetirilməməsi, həm də artıq məbləğdə pensiya köçürmələrinin aşkar edilməsi məqsədi daşıyır.

mənbə: interpress