Rikoti avtomobil yolunun əlavə 12 kilometrlik hissəsi açılıb

Oct 23, 2024 - 11:55
 0  15
Rikoti avtomobil yolunun əlavə 12 kilometrlik hissəsi açılıb

Rikoti magistralının əlavə 12 km-i nəqliyyatın hərəkəti üçün açılıb və ümumilikdə, nəqliyyat yeni Rikoti magistralının 48 km-dən faydalanacaq.

Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində 51 tunel və 97 körpü olmaqla ümumilikdə 52 km uzunluğunda 4 zolaqlı avtomobil yolu tikilir.

Açılan 48 km-lik avtomobil yolu gediş məsafəsini 8 km, səyahət müddətini isə ən azı iki dəfə azaldır.

Ümumilikdə, Rikotinin yeni əsas yolunun 93%-dən artıq hissəsindən avtomobil nəqliyyatı istifadə edir, - Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.

Tədbirdə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, avtomobil yolları departamentinin, beynəlxalq maliyyə institutlarının və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

mənbə: marneulifm