Fələstindən ürəkdağlayan mesaj: Bizə kəfən göndərin…

Oct 23, 2024 - 14:04
 0  10
Fələstindən ürəkdağlayan mesaj: Bizə kəfən göndərin…

Qəzza sektorundakı humanitar böhran günü-gündən daha da dərinləşir – aclıq genişlənir, dərman, ərzaq və içməli su çatışmazlığı yaşanır.

Xeber.ge xəbər verir ki, bu çətinliklərin fonunda isə Fələstinin Səhiyyə Nazirliyi ürəkdağlayan mesaj ilə çıxış edib.

Bəyanatda qeyd edilib ki, beynəlxalq ictimaiyyət Qəzza sektorundakı günahsız insanların İsrail tərəfindən başlarına gətirilən müsibətlərin, törədilən qırğın və soyqırımların müqabilində hərəkətə keçmir və sükut edir, buna görə də, dünya ictimaiyyətindən İsrailin qətlə yetirdiyi dinc qəzzalıların layiqli bir şəkildə son mənzilə yola salına bilməsi üçün kəfən göndərmələri istənilib.

“Dünyaya mesajımız var: Ey xalqımızı qorumaq və onlara sığınacaq verməkdə uğursuz olan və (xalqımızı) ərzaq və dərmanla təmin edə bilməyən dünya, ən azından şəhidlərimizin bədənlərini örtə bilməyimiz üçün kəfən göndərməyə cəhd göstər”.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda azı 17 mini uşaq, 11,3 mini qadın olmaqla 42,7 min günahsız insanı qətlə yetirib, 100,2 min nəfəri isə yaralayıb; İordan çayının Qərb sahilində isə 160-ı uşaq olmaqla 760 fələstinli qətlə yetirilib. Təxminən 10 min fələstinli itkin düşüb. Çox sayda qəzzalı aclıq və susuzluqdan dünyasını dəyişib.

Bundan başqa, İsrail Livanda da günahsız insanları qətlə yetirməyə davam edir: 2 464 dinc livanlı qətlə yetirilib, 11,5 mini isə yaralanıb.

mənbə:az.shafaqna.com