Kim Çen In ölkədə hot-doqları və boşanmanı qadağan etdi

Jan 7, 2025 - 10:37
 0  48
Kim Çen In ölkədə hot-doqları və boşanmanı qadağan etdi

Şimali Koreya lideri Kim Çen In ölkədə hot-doqları və boşanmanı qadağan edib.

Xeber.ge xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

O deyib ki, bu yeməyi yemək Vətənə xəyanətə bərabər olacaq, çünki hot-doq, "həddindən artıq qərb məhsulu"dur.

Qeyd olunur ki, hot-doq hazırlayarkən tutulan hər kəs altı ay müddətinə əmək düşərgələrinə göndəriləcək.

Kim Çen In boşanan cütlüklərin "cinayətlərinin əvəzini ödəmək" üçün əmək düşərgələrinə göndərilməsini də əmr edib.

mənbə: oxu.az