Keçmiş həyat yoldaşını yaralayan və yandırmağa cəhd edən şəxs saxlanılıb

Polis keçmiş həyat yoldaşını ağır yaralayan və onu yandırmağa cəhd edən şəxsi isti izlərlə saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Z.B. ailə üzvünə qarşı ağır şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı ilə tutulub.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs əvvəlki münaqişə zəminində 1991-ci il təvəllüdlü keçmiş həyat yoldaşını – T.L.-i sinə nahiyəsindən bıçaqlayıb, ardınca isə üzərinə benzin tökərək yandırmağa çalışıb. Hadisədən sonra Z.B. qaçaraq gizlənib.
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə (ağır şəraitdə qəsdən adam öldürməyə cəhd) istintaq aparılır.
mənbə: Intrepress.ge