Kartla ödənişlər üzrə komissiyaya yuxarı hədd qoyulacaq – qanun layihəsində nə yazılıb

Sep 24, 2025 - 19:45
 0  21
Kartla ödənişlər üzrə komissiyaya yuxarı hədd qoyulacaq – qanun layihəsində nə yazılıb

Ticarət obyektlərində kartla ödənişlər üçün komissiyaya yuxarı hədd müəyyən edilir. Bu barədə artıq qanun layihəsi hazırlanıb. Onun müəllifləri Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kviçinadze və daha 11 deputatdır.

Dəqiqləşdirsək, dəyişikliklər “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanuna nəzərdə tutulur. Hazırda ticarət/xidmət obyektləri tərəfindən kart vasitəsilə qəbul edilən ödənişlər zamanı ödənilən komissiya məbləği heç bir həddlə tənzimlənmir. Layihə müəlliflərinin izahına 

görə, bu məbləğ müxtəlif obyektlərin, ödəniş sxemlərinin, xidmət provayderlərinin və ödəniş alətlərinin tipinə görə ciddi şəkildə fərqlənir.

Təşəbbüskarların fikrincə, bu vəziyyət kiçik və orta biznes üçün proqnozlaşdırılması çətin qiymət mühitini yaradır.

Qanun layihəsinə görə:

  • Ödəniş xidmətləri provayderləri bu əməliyyatlarda ayrı-seçkiliyə yol verməməlidirlər.
  • Milli Banka səlahiyyət veriləcək ki, sistem əhəmiyyətli və ya xüsusi əhəmiyyətli ödəniş sistemlərində göstərilən xidmətlərin komissiya qaydasını və ya məbləğini müəyyən etsin.
  • Layihədə ödəniş sistemlərinin hansı hallarda “sistem əhəmiyyətli” və ya “xüsusi əhəmiyyətli” status alacağı da göstərilib.

Məsələn, sistem əhəmiyyətli status bu hallarda veriləcək:

  • gündəlik orta dövriyyə 200 milyon larini aşdıqda;
  • lari ilə nağdsız pərakəndə ödənişlərin 75%-dən çoxu həmin sistemdə aparıldıqda;
  • başqa ödəniş sistemləri üçün hesablaşmada istifadə olunanda.

Xüsusi əhəmiyyətli status isə veriləcək əgər:

  • illik əməliyyatların orta gündəlik dövriyyəsi Milli Bankın real vaxt hesablaşma sisteminin göstəricisinin 10%-ni aşırsa;
  • bazar seqmentində ödənişlərin payı 25%-dən çoxdursa;
  • sosial və ictimai baxımdan mühüm rol oynayırsa (o cümlədən əhatə dairəsinə görə).

Layihə müəllifləri bildirirlər ki, hazırda komissiyanın məbləği çox vaxt qəbul edən tərəf üçün şəffaf deyil. Dəyişikliklərin məqsədi isə budur:

Ticarət obyektlərinin komissiyasının anlayışını müəyyən etmək və yuxarı həddini hər əməliyyatın məbləğinin 0,5%-i səviyyəsində təyin etmək (sistem əhəmiyyətli kommersiya bankları və onların qrupuna daxil olan provayderlər üçün).

Provayderlərə öhdəlik qoymaq ki, komissiya və onun tərkib hissələri barədə ətraflı məlumat təqdim etsinlər.

Milli Banka səlahiyyət vermək ki, qarşılıqlı mübadilə komissiyalarını monitorinq etsin və komissiyanın azaldılması bu mübadilə haqqının da proporsional azalması ilə müşayiət olunsun. Milli Bank həmçinin qarşılıqlı mübadilə komissiyasına yuxarı hədd də qoya biləcək.

Əlavə olaraq, Milli Banka mühüm ödəniş sistemlərində göstərilən xidmətlərin komissiyasının hesablanma qaydasını və ya yuxarı həddini müəyyən etmək səlahiyyəti veriləcək.

mənbə: marneulifm.ge