İsrail qüvvələri 3 həftədə təxminən 1000 fələstinlini qətlə yetirib

Oct 29, 2024 - 15:25
 0  5
İsrail qüvvələri 3 həftədə təxminən 1000 fələstinlini qətlə yetirib

Xeber.ge xəbər verir ki,İsrail ordusunun üç həftədir Qəzza zolağının şimalına təşkil etdiyi hücumlar nəticəsində 1000 fələstinli həyatını itirib.

Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basalın rəsmi internet səhiyəsində etdiyi paylaşımda İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi hücumlarla bağlı məlumat verdi.

Basal Cibaliya, Beyt Hanun və Beyt Lahiya bölgələrində azı 100 min insanın blokada və hücumlara məruz qaldığını, 100 min insanın isə Qəzza şəhərinə sürgün edildiyini bildirib. O, İsrail ordusunun mühasirə altında olan fələstinlilərə yardım çatdırmağa çalışan hər kəsi öldürdüyünü vurğulayıb və beynəlxalq ictimaiyyətin səssizliyindən istifadə edərək Qəzzanın şimalında “etnik təmizləmə” siyasəti apardığını qeyd edib.

Mahmud Basal beynəlxalq qurumlardan Qəzzanın şimalında fələstinliləri xilas etmək üçün təcili tədbirlər görmələrini tələb edib.

Eyni zamanda, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 5-ə yüksəlib. Hökumətin Qəzzadakı Media Ofisindən verilən məlumatda, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlər haqqında açıqlama verilib.

Aparıcı və proqram prodüseri Nadya İmad əl-Seyyid ilə radio kanallarında çalışan jurnalist Əbdürrəhman Semir əl-Tənani, İsrail qüvvələrinin hücumunda həyatını itirib. Məlumatda, bir gündə 5 jurnalistin həlak olduğu qeyd olunub. İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 182-yə yüksəlib.

mənbə: az.shafaqna.com