İran 48 saatda nə qədər İsrail PUA-sı vurub?

Son 48 saatda (İsrailin 13 iyunda hücumundan bəri – red.) İran sərhəd qüvvələri İsrailə məxsus 44 pilotsuz təyyarə və pilotsuz uçuş aparatını vurub.
Xeber.ge xəbər verir ki,
“Son 48 saat ərzində hava məkanımızı işğal etməyə cəhd edən qəsbkar sionist rejimin 44 pilotsuz təyyarəsi və mikro PUA Fərəcin sayıq sərhədçiləri tərəfindən izlənilib və məhv edilib”, - o bildirib.
Qudarzi vurğulayıb ki, İranın sərhəd qüvvələri tam kəşfiyyat nəzarəti həyata keçirir və ölkənin təhlükəsizliyi və suverenliyinin təmin edilməsində qətiyyətlidir.
mənbə: axar.az