İşğal altında olan Abxaziyada Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb

Qali rayonunda Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb. İşğal altındakı Abxaziyanın qondarma "Dövlət Təhlükəsizlik Xidməti"nin (DTX) məlumatına görə, bu qurum Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birgə “dövlət sərhədinin qanunsuz keçilməsi kanalını” aşkar edib və nəticədə xarici ölkə vətəndaşlarından ibarət iki qrupu saxlayıb.
"Birinci qrupda Türkiyə vətəndaşı olan iki şəxs var:
- – 1997-ci il təvəllüdlü Selçuk Gören, hansı ki, əməliyyat məlumatlarına əsasən, əvvəllər sifarişli qətl törətdiyi üçün Türkiyədə İnterpol vasitəsilə beynəlxalq axtarışdadır;
- – 2001-ci il təvəllüdlü Doğan Bersan isə həm qətldə, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur", – deyə qondarma qurumun bəyanatında bildirilir.
- De-fakto qurumun məlumatına görə, 26 mayda aşağıdakı Azərbaycan vətəndaşları saxlanılıb:
- – 1974-cü il təvəllüdlü Həsən Etibar oğlu Əzizov;
- – 1990-cı il təvəllüdlü Namaz Təhməz oğlu Təhmazli.
Qondarma "Dövlət Təhlükəsizlik Xidməti"nin iddiasına görə, "Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün saxlanılan şəxslər Abxaziya ərazisində gizlənməyə cəhd ediblər".
Azərbaycan vətəndaşlarından fərqli olaraq, tutulan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə gedirdikləri barədə məlumat verilməyib.
İşğal altındakı Abxaziyanın qondarma dövlət təhlükəsizlik xidmətinin İstintaq İdarəsi saxlanılan şəxslərə qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 324-cü maddəsinin 2-ci bəndi (qrup halında və ya qabaqcadan razılaşdırılmış şəkildə sərhədi qanunsuz keçmək – 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə) ilə cinayət işi açıb.
Tbilisidən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
mənbə: marneulifm