İran və ABŞ arasında danışıqların 3-cü raundu başlayıb

Apr 26, 2025 - 14:09
 0  20
İran və ABŞ arasında danışıqların 3-cü raundu başlayıb

İran və ABŞ arasında dolayı yolla nüvə danışıqlarının 3-cü raundu bu gün (26 aprel) Oman Krallığı paytaxtı Məsqətdə başlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, nüvə danışıqlarında İranın nümayəndə heyətinə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılıq edir.

3-cü raundda İran və ABŞ arasında eksperltər də texniki məsələlər üzrə danışıqlar aparılacaq. Danışıqlarda İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvi və İranın nüvə proqramının diqqət mərkəzində saxlanıldığı bildirilir.

Qeyd edək ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib. Danışıqların 3-cü turu bu gün Məsqətdə keçiriləcək.

Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.

mənbə: trend.az