Husilər yenə ABŞ hərbi gəmisinə zərbə endirdi

Yəmənin dəniz qüvvələri ABŞ-a məxsus “USS Truman” təyyarədaşıyan gəmisinə dəstək verən hərbi gəmilərdən birini ballistik raketlə hədəfə alıb.
Xeber.ge xəbər verir ki,
Qeyd olunub ki, Yəmən dəniz qüvvələri Şimali Qırmızı dənizdə artıq dörd həftədir ABŞ-ın təcavüzünə qarşı aktiv mübarizə aparır.
Məlumata görə, Yəmən raket və hava qüvvələri “USS Truman” da daxil olmaqla bir neçə ABŞ hərbi gəmisinə qarşı əməliyyatlar həyata keçirib. Döyüş bir neçə saat davam edib və bu müddət ərzində dəniz qüvvələrinin iştirakı ilə həm qanadlı raketlər, həm də zərbə tipli pilotsuz uçuş aparatları (PUA) istifadə olunub.
Yəmən ordusunun məlumatına görə, bu əməliyyat ABŞ-ın Yəmənə qarşı həyata keçirdiyi hücumları zəiflətməklə əlavə itkilərin qarşısını alıb.
Yəmən Silahlı Qüvvələri vurğulayıb ki, bu əməliyyatlar onların dini, əxlaqi və insani vəzifəsi olaraq məzlum Fələstin xalqına dəstək məqsədilə həyata keçirilir.
mənbə: azshafaqna.com